IQNA

Bəşşar Əsəd "Qurban bayramı" namazının qılınması mərasimində iştirak etdi

0:22 - October 16, 2013
Xəbər sayı: 2604639
Beynəlxalq qrup: Bəşşar Əsəd – Suriyanın prezidenti, bu gün səhər (15 oktyabr) Ərəb dünyasında Qurban Bayramının başlanması münasibətilə Dəməşqin "Hüseybə" məscidində öz xalqı ilə birlikdə Qurban Bayramı namazının qılınması mərasimində iştirak edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın "Əl-Məyadin" peyk TV kanalına istinadən verdiyi xəbərə görə Bəşşar Əsəd – Suriyanın prezidenti, bu gün səhər (15 oktyabr) Ərəb dünyasında Qurban Bayramının başlanması münasibətilə Dəməşqin "Hüseybə" məscidində öz xalqı ilə birlikdə Qurban bayramı namazının qılınması mərasimində iştirak edib.
Livanın "əl-Məyadin" peyk TV kanalı Bəşşar Əsədin "Qurban Bayramı" namazının qılınması mərasimində iştirakını birbaşa yayınlayıb.
Görüntülərdə Bəşşar Əsədin Qurban bayramı namazının xütbələrini dinlədiyi müşahidə olunur.
Bu bir haldadır ki, silahlı terrorist qruplar son günlərdə Dəməşqin yaşayış məntərələrini dəfələrlə raket və əlqumbara atanları vasitəsilə hədə almış və çox sayda dinc əhalinin ölümünə səbəb olmuşlar.

1303615
captcha